Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı təsis edilib.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək.