Azərbaycanda iş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı qaydalar qüvvəyə minib - SİYAHI

Azərbaycanda iş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı qaydalar qüvvəyə minib - SİYAHI Sərəncam Bakı şəhərində fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarda çalışan işçilərə şamil edilib
Daxili siyasət
1 May , 2015 09:11
Azərbaycanda iş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı qaydalar qüvvəyə minib - SİYAHI

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabinetinin iş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı sərəncamı qüvvəyə minib.

"Report" xəbər verir ki, sərəncam "Bakı-2015" l Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar imzalanıb.

Sərəncam Bakı şəhərində fəaliyyət göstərən dövlət və qeyri dövlət müəssisə və təşkilatlarında çalışan işçilərə şamil edilir.

Sərəncamda qeyd olunub ki, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin (metro vo avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədilə 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxtı rejimi asasında və təhsil müəssisələrində işləyənlar istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi aşağıda göstərildiyi kimi pilləli şəkildə təşkil edilməlidir:

- işçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək;

- işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək;

- işçilərin 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək;

- işçilərin 25 faizi üçün saat 9:30-dan saat 18:30-dək;

Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin göstərildiyi kimi pilləli şəkildə təşkili tövsiyə edilir:

- işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dək;

- işçilərin 50 faizi üçün saat 8:30-dan saat 17:30-dək.

Son xəbərlər

Orphus sistemi