Azərbaycanda daha bir rektor deputat seçilib

Azərbaycanda daha bir rektor deputat seçilib O, seçkiyə 6 saylı Çərçiboğan Seçki Dairəsindən qatılıb
Daxili siyasət
12 Noyabr , 2015 12:23
Azərbaycanda daha bir rektor deputat seçilib

Bakı. 12 noyabr. REPORT.AZ/ Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Saleh Məhərrəmov Ali Məclisin deputatı olub.

"Report"un xəbərinə görə, S.Məhərrəmov seçkiyə 6 saylı Çərçiboğan Seçki Dairəsindən qatılıb və deputat seçilib.

Qeyd edək ki, Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Alışar kəndində anadan olub. 1982-87-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb. O, 2013-cü ildən NDU-nun rektoru təyin edilib. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məhkəməsinin Rəyasət Heyəti noyabrın 1-də Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiqləyib. Deputatların sayı 45-dir.

Son xəbərlər

Orphus sistemi