​Azərbaycan Prezidenti iki nəfəri təltif edib

​Azərbaycan Prezidenti iki nəfəri təltif edib Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev “Şərəf” ordeni ilə təltif olunub
Daxili siyasət
18 Dekabr , 2014 18:55
​Azərbaycan Prezidenti iki nəfəri təltif edib

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. “Report”un xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Arif Şəfaət oğlu Mehdiyev “Şərəf” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə deputat Elton Məmmədov “Şöhrət” ordeni ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi