Azərbaycan Konstitusiya Məhkəməsinə yeni səlahiyyət verilir

Azərbaycan Konstitusiya Məhkəməsinə yeni səlahiyyət verilir Müzakirələrdən sonra layihə plenar iclasa tövsiyə olunub
Daxili siyasət
17 Mart , 2016 12:08
Azərbaycan Konstitusiya Məhkəməsinə yeni səlahiyyət verilir

Bakı. 17 mart. REPORT.AZ/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” qanun layihəsi müzakirəyə çıxırılıb.

“Report”un xəbərinə görə, layihənin müəllifi Rəfael Cəbrayılov deyib ki, layihədə Konstitusiya Məhkəməsinə yeni səlahiyyətin verilməsi nəzərdə tutulub: “Azərbaycanda insan hüquq və azadlıqları prioritet məsələdir. Bəzən dövlətlərarası orqanların qərarları ikili standartlar əsasında olur, ölkəmizin maraqlarına uyğun gəlmir. Burada söhbət Azərbaycanın hansısa beynəlxalq öhdələyinin imtinasından getmir. Həmin qərarların Azərbaycanın konstitusiyasına uyğunluğundan söhbət gedir. Bir daha qeyd edirəm ki, Azərbaycan bütün beynəlxalq öhdəliklərə əməl edir. Belə bir qanun layihəsinin qəbul edilməsi digər ölkələr üçün də nümunə ola bilər”.

Müzakirələrdən sonra layihə plenar iclasa tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi