Azay Quliyev: "Şuraya ayrılan vəsaitin 10 milyona çatdırılmasını istərdim"

Azay Quliyev: "Şuraya ayrılan vəsaitin 10 milyona çatdırılmasını istərdim" MM sədri Oqtay Əsədov iclasda iştirak edən maliyyə naziri Samir Şərifovdan bu məsələni nəzərə almağı xahiş edib
Daxili siyasət
18 Noyabr , 2014 16:43
Azay Quliyev: Şuraya ayrılan vəsaitin 10 milyona çatdırılmasını istərdim

Bakı. 18 noyabr. REPORT.AZ/ “QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklik edilməsi zəruri idi. Çünki QHT-lərin maliyyələşməsi sahəsində şəffaflıq tam şəkildə təmin olunmurdu və təhlükəsizliyimiz təhdid olunurdu”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin (MM) iclasında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev deyib. O bildirib ki, təşkilata dövlət tərəfindən rəhbərlik etdiyi Şuraya ayrılan vəsait azlıq təşkil edir: “6 milyon vəsaitin gələcəkdə 10 milyona çatdırılmasını istərdim”.

MM sədri Oqtay Əsədov isə deputatın irəli sürdüyü təklifi müsbət dəyərləndirib. O, iclasda iştirak edən maliyyə naziri Samir Şərifovdan bu məsələni nəzərə almağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi