​AXCP EQTK Ədliyyə Nazirliyinə müraciət edib: “AXCP-nin qurultayı partiyanın Nizamnaməsinə zidd keçirilib”

​AXCP EQTK Ədliyyə Nazirliyinə müraciət edib: “AXCP-nin qurultayı partiyanın Nizamnaməsinə zidd keçirilib” “Tədbirdə partiyanın Nizamnaməsinin tələbinə zidd olaraq qurultay nümayəndələri iştirak etməyiblər”
Daxili siyasət
3 Oktyabr , 2015 10:14
​AXCP EQTK Ədliyyə Nazirliyinə müraciət edib: “AXCP-nin qurultayı partiyanın Nizamnaməsinə zidd keçirilib”

Bakı. 3 oktyabr. REPORT.AZ/ Razi Nurullayevin sədri olduğu AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (EQTK) Əli Kərimlinin sədrlik etdiyi AXCP-nin sentyabrın 27-də keçirdiyi qurultayı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. “Report”un xəbərinə görə, bu barədə AXCP EQTK-nın mətbuat katibi Vüsal Qarayev məlumat yayıb.

Müraciətdə bildirilib ki, 27 sentyabr 2015-ci il tarixində səlahiyyətləri 25 sentyabr 2014-cü ildən bitmiş AXCP sədri Əli Kərimli AXCP-nin qurultayı adı altında tədbir keçirib və bu tədbir partiyanın Nizamnaməsinin tələbinə ziddir: “Partiya Nizamnaməsinin tələbinə əsasən, AXCP-nin qurultayı 4 ildən gec olmayaraq keçirilməlidir. AXCP isə son qurultayını 25 sentyabr 2010-cu ildə keçirib. Bundan başqa, tədbirdə partiyanın Nizamnaməsinin tələbinə zidd olaraq qurultay nümayəndələri iştirak etməyiblər. AXCP üzvləri adıyla tədbirin keçirildiyi məkana insanları toplayaraq qurultay keçirilməsi fonu yaradılıb”.

Son xəbərlər

Orphus sistemi