Yuxarı

​AXCP EQTK Ədliyyə Nazirliyinə müraciət edib: “AXCP-nin qurultayı partiyanın Nizamnaməsinə zidd keçirilib”

“Tədbirdə partiyanın Nizamnaməsinin tələbinə zidd olaraq qurultay nümayəndələri iştirak etməyiblər”

Bakı. 3 oktyabr. REPORT.AZ/ Razi Nurullayevin sədri olduğu AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (EQTK) Əli Kərimlinin sədrlik etdiyi AXCP-nin sentyabrın 27-də keçirdiyi qurultayı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. “Report”un xəbərinə görə, bu barədə AXCP EQTK-nın mətbuat katibi Vüsal Qarayev məlumat yayıb.

Müraciətdə bildirilib ki, 27 sentyabr 2015-ci il tarixində səlahiyyətləri 25 sentyabr 2014-cü ildən bitmiş AXCP sədri Əli Kərimli AXCP-nin qurultayı adı altında tədbir keçirib və bu tədbir partiyanın Nizamnaməsinin tələbinə ziddir: “Partiya Nizamnaməsinin tələbinə əsasən, AXCP-nin qurultayı 4 ildən gec olmayaraq keçirilməlidir. AXCP isə son qurultayını 25 sentyabr 2010-cu ildə keçirib. Bundan başqa, tədbirdə partiyanın Nizamnaməsinin tələbinə zidd olaraq qurultay nümayəndələri iştirak etməyiblər. AXCP üzvləri adıyla tədbirin keçirildiyi məkana insanları toplayaraq qurultay keçirilməsi fonu yaradılıb”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi