Astarada torpaq sürüşməsi olub, ailələr təhlükə ilə üzləşib

Astarada torpaq sürüşməsi olub, ailələr təhlükə ilə üzləşib Astaranın dağ kəndində torpaq sürüşməsi olub, 10-dan çox ailə təhlükə ilə üzləşib.
Daxili siyasət
16 Mart , 2024 14:58
Astarada torpaq sürüşməsi olub, ailələr təhlükə ilə üzləşib

Astaranın dağ kəndində torpaq sürüşməsi olub, 10-dan çox ailə təhlükə ilə üzləşib.

“Report”un Cənub bürosunun məlumatına görə təhlükəli vəziyyət rayonun Sipiyəpart kəndində yaşanır.

Belə ki, kəndin Hörün məhəlləsində payız və qış mövsümündə yağan yağıntılar səbəbi ilə torpaq qatı sürüşüb. Nəticədə kəndin müxtəlif yerlərində yaranan sürüşmə fərdi yaşayış evləri üçün təhlükə yaradıb.

Sakinlər hər an evlərinin uçacağından ehtiyatlanaraq evlərini tərk edib, qohumlarının evlərinə sığınmalı olublar. Onların sözlərinə görə əsasən sitrus bağçılığı ilə məşğul olduqları kənddə bağların əksəriyyəti sürüşmə səbəbindən məhv olub.

Kənddə yaranan mövcud vəziyyətlə bağlı aidiyyati qurumlar məlumatlandırılıb.

Ərazi icra nümayəndəliyindən Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əraziyə baxış keçirildikdən sonra yaşayış evlərinin taleyi ilə bağlı qərar veriləcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi