Anar Kərimov: Proqnozlaşdırıla bilən gələcək dövlət və özəl sektor üçün böyük əhəmiyyət kəsb edir

Anar Kərimov: Proqnozlaşdırıla bilən gələcək dövlət və özəl sektor üçün böyük əhəmiyyət kəsb edir Anar Kərimov: Proqnozlaşdırıla bilən gələcək dövlət və özəl sektor üçün böyük əhəmiyyət kəsb edir
Daxili siyasət
10 May , 2024 11:02
Anar Kərimov: Proqnozlaşdırıla bilən gələcək dövlət və özəl sektor üçün böyük əhəmiyyət kəsb edir

Proqnozlaşdırıla bilən gələcək həm dövlət, həm də özəl sektor üçün böyük əhəmiyyət kəsb edir.

“Report” xəbər verir ki, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri Anar Kərimov ADA Universitetində “Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik” mövzusunda keçirilən tədbirdə deyib.

“Bu əlamətdar gündə - Ümummilli Lider, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə bu konfransın və dəyirmi masanın təşkili rəmzi xarakter daşıyır. Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. Ulu Öndər müstəqilliyimizin bərpasının ilk günlərində üzləşdiyimiz bütün çətinliklərin öhdəsindən gələrək Azərbaycanı xilas edib”, - o vurğulayıb.

A.Kərimov əlavə edib ki, müzakirə olunacaq mövzular strateji uzaqgörənlik baxımından vacibdir.

Son xəbərlər

Orphus sistemi