Bakı. 22 avqust. REPORT.AZ/ Düşmənin həmləsini dəf edərkən qəhrəmancasına həlak olan əsgər Anar Atayev təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub. "Report" xəbər verir ki, medalın təqdimetmə mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov,
Mərasimdə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani çıxış edib. O bildirib ki, 2014-cü ilin iyulunda Mingəçevir şəhərindən hərbi xidmətə çağırılan 1991-cü il təvəllüdlü Anar Atayev 2015-ci il martın 11-də Ağdam istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə şəhid Anar Atayev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Sonda polkovnik Abdulla Qurbani medalı şəhidin ailəsinə təqdim edib. Bildirilib ki, bütün qəhrəman oğulların qisası yerdə qalmayacaq və hər bir şəhidin xatirəsi daima uca tutulacaq.