Yuşenko: "Dağlıq Qarabağ münaqişəsindən nəticə çıxarılmayıb"

Yuşenko: "Dağlıq Qarabağ münaqişəsindən nəticə çıxarılmayıb" Ukraynanın keçmiş prezidenti: "Bütün bu münaqişələrin arxasında Rusiyanın dayandığını anlayırıq"
Qarabağ
10 Mart , 2016 14:25
Yuşenko: Dağlıq Qarabağ münaqişəsindən nəticə çıxarılmayıb

Bakı. 10 mart. REPORT.AZ/ "Donbass münaqişəsi Avropada qeyri-sabitliyin sınıq nöqtəsidir. Bu, münaqişənin geosiyasi formatıdır və burada milli səylər, alətlər çatışmazlığı var".

"Report" xəbər verir ki, bunu IV Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko deyib.

"Avropanın başverənlərə vaxtında cavab verməyi öyrənməsi və cəsur olması çox vacibdir. Biz yerli çağırışlara cavab verməyi öyrənməliyik ki, onlar qlobal səviyyəyə qədər inkişaf etməsin", - deyə o fikrinə əlavə edib.

Ukrayna keçmiş prezidenti indiyə qədər Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələrindən nəticə çıxarılmadığını təəssüflə bildirib. O, fikrini açıq şəkildə tamamlayıb: "Bütün bu münaqişələrin arxasında Rusiyanın dayandığını anlayırıq".

Son xəbərlər

Orphus sistemi