​Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvlərilə Dağlıq Qarabağ problemini müzakirə edib

​Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvlərilə Dağlıq Qarabağ problemini müzakirə edib Müşavirə iştirakçıları Ermənistan və Azərbaycan prezidentlərinin Vyana görüşü ilə bağlı fikirlərini bölüşüblər
Qarabağ
17 May , 2016 21:15
​Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvlərilə Dağlıq Qarabağ problemini müzakirə edib

Bakı. 17 May. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Rusiya-ACEAN sammitiöncəsi Dövlət Təhlükəsizlik Şurasının daimi üzvlərilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, həmçinin ölkədaxili aktual məsələləri müzakirə edib. 

"Report"un məlumatına görə, bu haqda Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Müşavirədə Rusiya-ACEAN sammitinə hazırlıq müzakirə edilib" - deyə Peskov əlavə edib. Onun sözlərinə görə, müşavirə iştirakçıları həmçinin Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyana görüşü ilə bağlı fikirlərini də bölüşüblər.

Müşavirədə Dövlət Dumasının spikeri Serqey Narışkin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və onun müavini Rəşid Nurqaliev, daxili işlər naziri Vladimir Kolokolçev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin başçısı Mixail Fradkov iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi