​Rusiyanın artilleriya bölmələri Ermənistanda təlimə başlayıb

​Rusiyanın artilleriya bölmələri Ermənistanda təlimə başlayıb Bir ay ərzində keçiriləcək təlimə "Qvozdika" özüyeriyən qaubitsa, "Qrad" reaktiv sistemi də cəlb edilib
Qarabağ
16 Fevral , 2016 13:59
​Rusiyanın artilleriya bölmələri Ermənistanda təlimə başlayıb

Bakı. 16 fevral. REPORT.AZ/ Rusiyanın Cənub Hərbi Dairəsi Ermənistandakı artilleriya bölmələri "Alagöz" poliqonunda döyüş təliminə başlayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bir ay ərzində keçiriləcək təlimə "Qvozdika" özüyeriyən qaubitsa, "Qrad" reaktiv sistemi, "Podnos" minaatanlar və "Konkurs" tankəleyhinə raket kompleksi cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi