​Rusiya XİN: Bakı və İrəvan Dağlıq Qarabağla bağlı güzəştlərə köklənib

​Rusiya XİN: Bakı və İrəvan Dağlıq Qarabağla bağlı güzəştlərə köklənib "Vəziyyətin gərgin olduğunu nəzərə alaraq, bunu mərhələli etmək lazım gələcək"
Qarabağ
17 May , 2016 01:51
​Rusiya XİN: Bakı və İrəvan Dağlıq Qarabağla bağlı güzəştlərə köklənib

Bakı. 17 may. REPORT.AZ/ "Güman etməyə əsas var ki, Bakı və İrəvan Dağlıq Qarabağla bağlı güzəştlərə köklənib, nizamlanma üzrə vasitəçilər buna kömək edəcəklər".

"Report" xəbər verir ki, bunu Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Güzəşt hər zaman mümkündür. Hər halda, əgər belə bir imkan olmasaydı, o zaman Rusiya, ABŞ və Fransa bununla məşğul olmazdı. Hədəfimiz münaqişənin tam olaraq nizamlanmasına doğru irəliləmək üçün işi sona çatdırmaqdır. Yəqin ki, tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, bunu mərhələli şəkildə etmək lazım gələcək və nizamlanmanın birinci mərhələsinin parametrlərini razılaşdırmaq imkanı var", — deyə nazir jurnalistlərə bildirib.

"Güman etməyə əsas var ki, Azərbaycan və Ermənistanın elçiləri güzəştlərin formalaşdırılmasına köklənəcəklər. Biz bütün vasitələrlə buna kömək edəcəyik", — deyə Lavrov bildirib.

Son xəbərlər

Orphus sistemi