Piter Semnebi: "Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması narahatlıq doğurur"

Piter Semnebi: "Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması narahatlıq doğurur" Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi IV Qlobal Bakı Forumunu yüksək qiymətləndirib
Qarabağ
10 Mart , 2016 14:12
Piter Semnebi: Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması narahatlıq doğurur

Bakı. 10 mart. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması narahatlıq doğurur".

"Report" xəbər verir ki, bunu IV Qlobal Bakı Forumunda iştirak edən Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi, hazırda isə İsveçin Suriyadakı səfiri kimi fəaliyyət göstərən Piter Semnebi deyib.

"Mən bu istiqamətdə irəliyə doğru addımlar atılacağına ümid etmək istərdim". - deyə o bildirib.

P.Semnebi bu gün Azərbaycan paytaxtında açılışı olan IV Qlobal Bakı Forumunun işini yüksək qiymətləndirib. O, Forumun yüksək keçirilmə səviyyəsini və iştirakçıların sayının çox olmasını xüsusi vurğulayıb.

"Belə müzakirələr yalnız Azərbaycan yox, həm də digər ölkələr üçün faydalıdır", - deyə P.Semnebi bildirib.

Son xəbərlər

Orphus sistemi