Bakı. 12 aprel. REPORT.AZ/ İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının 13-cü sammiti ərəfəsində təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin hazırlıq iclası keçirilir.
"Report" İƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. Eyni zamanda İƏT-in baş katibi İyad Amin əl-Mədaninin çıxışı baş tutub.
İƏT-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nazirlər səviyyəsində kontakt qrupunun yaradılması barədə qərar qəbul edilib. Qrupun ilk görüşü aprelin 13-15-də İstanbulda keçiriləcək İƏT-in sammiti baş tutacaq.