BMT baş katibi ATƏT sədri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib

BMT baş katibi ATƏT sədri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib İvitsa Daçiç ATƏT-də sədrliyi dövründə Serbiyanın təşkilatdakı fəaliyyətinin prioritetləri haqqında BMT TŞ-də çıxış edəcək
Qarabağ
24 Fevral , 2015 09:38
BMT baş katibi ATƏT sədri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib

Bakı. 24 fevral. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Serbiya baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə görüşüb. "Report" BMT mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Pan Gi Mun ATƏT sədri ilə hər iki təşkilatın qarşılıqlı əlaqələri, eləcə də Ukrayna və Balkanlardakı vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını da müzakirə ediblər. P.G.Mun bildirib ki, Ukraynada ATƏT-in fəaliyyətini dəstəkləyir. 

"BMT və ATƏT rəhbərləri iki təşkilat arasında əməkdaşlıq məsələlərini, eləcə də Ukraynada, Dağlıq Qarabağda və Balkanlardakı vəziyyəti müzakirə ediblər. BMT baş katibi ATƏT-in Ukraynadakı səylərini dəstəkləməyə və BMT və ATƏT arasında tərəfdaşlığı möhkəmləndirməyə hazır olduğunu bildirib", - mətbuat katibliyindən görüşün yekunlarına görə verdiyi məlumatda deyilir.

Fevralın 24-də İvitsa Daçiç ATƏT-də sədrliyi dövründə Serbiyanın təşkilatdakı fəaliyyətinin prioritetləri haqqında BMT Təhlükəsizlik Şurasında çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi