​Azərbaycan Petrosyan Karen Artuşeviçin nəşini Ermənistana qaytarıb

​Azərbaycan Petrosyan Karen Artuşeviçin nəşini Ermənistana qaytarıb Proses insidentsiz başa çatıb
Qarabağ
10 Oktyabr , 2014 15:07
​Azərbaycan Petrosyan Karen Artuşeviçin nəşini Ermənistana qaytarıb
Bakı. 10 oktyabr.REPORT.AZ/ Azərbaycan ərazisində saxlanılan və 8 avqust 2014-cü il tarixdə saxlanma yerində qəflətən ölən Ermənistan silahlı birləşmələri diversiya qrupunun üzvü, 1981-ci il təvəllüdlü Petrosyan Karen Artuşeviçin nəşi qarşı tərəfə qaytarılıb.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İnsidentsiz başa çatan proses Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Qeyd edək ki, nəşin qaytarılması prosesi Qazax rayonunun Bala Cəfərli kəndinin ərazisində baş tutub 

Son xəbərlər

Orphus sistemi