Azərbaycan Ordusunun şəhid olan hərbçisinin medalı anasına təqdim edilib - FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbçisinin medalı anasına təqdim edilib - FOTO Şəhid Elmir Zeynalov “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub
Qarabağ
6 May , 2016 14:35
Azərbaycan Ordusunun şəhid olan hərbçisinin medalı anasına təqdim edilib - FOTO

Bakı. 6 may. REPORT.AZ/ Cəbhə xəttində Ermənistan hərbi birləşmələrinin təxribatlarının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçu Elmir Sərxan oğlu Zeynalov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib. 

"Report"un məlumatına görə, bu münasibətlə şəhidin doğulduğu Goranboy rayonunun Əhmədabad kəndində medalın təqdimat mərasimi keçirilib. 

Mərasimdə Müdafiə Nazirliyinin (MN), Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Ailənin tək oğul övladı olan şəhidin medalı anasına təqdim edilib.

Xatırladaq ki, 1994-cu il təvəllüdlü Elmir Zeynalov fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı birləşmələrinin təxribatlarının qarşısını alarkən şəhid olub.

Son xəbərlər

Orphus sistemi