​Artemiy Lebedev Azərbaycan xalqından üzr istəyib

​Artemiy Lebedev Azərbaycan xalqından üzr istəyib O, Azərbaycan Respublikasına yazılı şəkildə müraciət edib
Qarabağ
19 Fevral , 2015 14:04
​Artemiy Lebedev Azərbaycan xalqından üzr istəyib

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək ölkənin “Dövlət sərhədi haqqında” qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi (XİN) tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Rusiya Federasiyasının vətəndaşı Artemiy Lebedev adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasına yazılı şəkildə müraciət edib.

Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Məktubda Artemiy Lebedev 2010-cu ilin iyul ayında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyini və bu səfər ilə bağlı əvvəlcədən Azərbaycanın aidiyyəti təşkilatlarından rəsmi icazənin alınmasına dair məlumatsız olduğunu qeyd edərək, ölkənin ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmətini ifadə edib və işğal olunmuş ərazilərə səfərinə görə Azərbaycan xalqından üzr istəyib.

Artemiy Lebedev gələcəkdə Azərbaycan Respublikası ilə razılaşdırmadan işğal olunmuş ərazilərə səfərdən çəkinəcəyini vurğulayaraq, adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasını xahiş edib.

Artemiy Lebedevin müraciəti müvafiq qaydada baxıldıqdan sonra onun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb.

Qeyd edək ki, A.Lebedev məşhur bloqqer və sayt tərtibatçısıdır.

Son xəbərlər

Orphus sistemi