Bakı. 3 dekabr. REPORT.AZ/ "Moldova, Azərbaycan və Gürcüstanda həlli uzanan münaqişələr hələ də həll olunmamış qalır". "Report" xəbər verir ki, bunu ATƏT Nazirlər Şurasının Belqradda keçirilən 22-ci iclasında çıxışı zamanı ABŞ dövlət katibi Con Kerri deyib.
Dövlət katibi həll olunmamış münaqişələri ATƏT məkanında təhlükəsizlik üçün bir çağırış kimi dəyərləndirib. O, bu yöndə addımlar atılmasının zəruriliyini qeyd edib.