La Kamera: Beynəlxalq maliyyə institutları enerji infrastrukturunun yenilənməsinə dəstək verməlidir

La Kamera: Beynəlxalq maliyyə institutları enerji infrastrukturunun yenilənməsinə dəstək verməlidir Beynəlxalq maliyyə institutları mövcud infrastrukturun gücləndirilməsi, yenilənməsi və bərpa olunan enerji mənbələrinə uyğunlaşdırılmasına dəstək planı təqdim etməlidir.
COP29
18 Mart , 2024 13:40
La Kamera: Beynəlxalq maliyyə institutları enerji infrastrukturunun yenilənməsinə dəstək verməlidir

Beynəlxalq maliyyə institutları mövcud infrastrukturun gücləndirilməsi, yenilənməsi və bərpa olunan enerji mənbələrinə uyğunlaşdırılmasına dəstək planı təqdim etməlidir.

Bunu “Report”a müsahibəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera deyib.

“İnfrastrukturun, yəni şəbəkələrin bərpa olunan enerjinin ötürülməsi imkanları ilə necə uyğunlaşdırılmalı olduğunu dəqiq müəyyən etmək lazımdır. Onlar arasında qarşılıqlı əlaqənin yaradılması, çevik olmalarının təmin edilməsi mühüm prioritetlərdir”, - o deyib.

Baş direktorun sözlərinə görə, bu baş verərsə, özəl sərmayələrin daxil olması üçün fürsət yaranacaq: “Eyni zamanda, ənənəvi elektrik enerjisi üçün köhnə şəbəkələri yenidən qurmaqdansa, bəzən yeni infrastruktur yaratmaq daha ucuz başa gəlir”.

“Biz istəyirik ki, COP tədbirində açıq şəkildə göstərilsin ki, beynəlxalq maliyyə institutları enerji şəbəkələrinin yenilənməsinə, gücləndirilməsinə və bəlkə də yenilərinin yaradılmasına sərmayə qoymaq üçün vəsait ayırmalıdır”, - Françesko La Kamera vurğulayıb.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi