Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib

Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen COP29-a dəvət edilib.
COP29
27 Aprel , 2024 00:00
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen COP29-a dəvət edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Aİ-Azərbaycan münasibətlərinin bu günü və gələcəyi ilə bağlı dərin fikir mübadiləsinə görə Avropa Komissiyası sədrinin diplomatik müşaviri cənab Fernando Andresen-Qimaraeşə dərin təşəkkürümü bildirirəm. Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə noyabr ayında Bakıda keçiriləcək COP29-da dəvət məktubunu çatdırmaq üçün yaxşı fürsət idi”, - V. Sadıqov qeyd edib.

Son xəbərlər

Orphus sistemi