Mayda vergi orqanlarına 8,7 min müraciət daxil olub

Mayda vergi orqanlarına 8,7 min müraciət daxil olub Bunun 4%-i şikayət xarakterli olub
Biznes
10 İyun , 2016 12:30
Mayda vergi orqanlarına 8,7 min müraciət daxil olub

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycanda bu ilin may ayında vergi orqanlarına ümumilikdə 8 664 müraciət daxil olub. “Report”un Vergilər Nazirliyinin analitik-informasiya şöbəsinə istinadən verdiyi xəbərə görə, onlardan 95,9%-i ərizə, 4,0%-i şikayət, 0,1%-i təklifdir.

Müraciətlərin 42,9%-i müxtəlif arayışların alınması, 32,4%-i kameral vergi yoxlamaları, 6,8%-i vergi borcları, 1,5%-i səyyar vergi yoxlamaları, 2%-i vergidən yayınma və dividendlərin verilməsi, 1,1%-i operativ vergi nəzarəti tədbirləri, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,1%-i korrupsiya hüquqpozmaları, 12,5%-i digər məsələlərlə bağlıdır.

"Bütün müraciətlərə vaxtında baxılıb, onların 65,5%-i müsbət həll olunub", - deyə Nazirlikdən bildirilib.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin may ayı ilə müqayisədə 16,1% azalıb.

Təhlil olunan dövr ərzində vergi orqanları tərəfindən ümumilikdə 533 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin ölkənin şəhər və rayonlarında vətəndaşların qəbulu qrafikinə əsasən, mayın 20-də vergilər naziri tərəfindən Yardımlı rayonunda 29 vətəndaş qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi