Vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 942-yə çatıb

Vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 942-yə çatıb Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 373 nəfərə çatıb
Biznes
10 Oktyabr , 2016 17:13
Vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 942-yə çatıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

"Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 5 nəfər artaraq 569-a çatıb.

Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 2 nəfər artıb və hazırda 373 fiziki şəxsin ölkədən çıxışına qadağa var.

Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 935-dən 942-ə çatıb.

Son xəbərlər

Orphus sistemi