​SKMF Qubada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

​SKMF Qubada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bu gündən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda müraciət edə bilər
Biznes
18 May , 2016 20:45
​SKMF Qubada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 18 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Quba rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu gün Qubada Barlı kəndində işgüzar forum keçirib. Sahibkarlardan ixtisaslaşdırılan “yaşıl market”in, müasir meyvə-tərəvəz emalı zavodunun, intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi