Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib

Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib Bu gün Ankara şəhərində Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında 120 maddəlik fəaliyyət planı qəbul edilib.
Biznes
8 May , 2024 22:43
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib

Bu gün Ankara şəhərində Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında 120 maddəlik fəaliyyət planı qəbul edilib.

"Report"un Ankara bürosunun xəbərinə görə, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada Türkiyə Palatalar və Birjalar Birliyində (TOBB) keçirilən Biznes Forumunda çıxış edərkən bildirib.

O, deyib ki, bu fəaliyyət planlarının Azərbaycanla Türkiyənin iş adamları arasında əməkdaşlığı, ticarəti genişləndirəcəyinə ümid edir:

“Ölkələrimiz arasındakı ticarəti asanlaşdırmaqdan ötrü gömrük və logistika fəaliyyətlərini sadələşdirmək üçün razılıq əldə etdik. Sadələşdirilmiş gömrük əlaqələri üçün ən qısa zamanda çalışmalar planlaşdırdıq".

C.Yılmaz Azərbaycanın qeyri-neft sektorunun inkişafına önəm verməsini təqdir edib: “Azərbaycan sahib olduğu təbii sərvətləri dəyərləndirir, buradan əldə etdiyi maliyyə imkanlarını qeyri-neft sektorunun genişləndirilməsinə sərf edir. Bu yanaşmanın çox məntiqli olduğunu düşünürük və təqdir edirik. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində özəl sektorun müsbət rol oynayacağına, Türkiyə və Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin bölgəmizə və Türk dünyasına da nümunə olacağına inanıram. Ümid edirəm ki, Cənubi Qafqazda sülhün bərpasında birgə fəaliyyətimiz regional rifahın artacağına və bundan bütün ölkələrin faydalanacağına səbəb olacaq”.

Son xəbərlər

Orphus sistemi