SKMF Daşkəsəndə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Daşkəsəndə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bu gündən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər
Biznes
28 İyul , 2015 11:27
SKMF Daşkəsəndə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 28 iyul. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Daşkəsən rayonunda fəaliyyət göstərən sahibkarlardan prioritet sahələr üzrə maliyyələşdirmə üçün potensial investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, əsas üstünlük cins heyvandarlıq, kartofçuluq və yüksək məhsuldar kartof toxumçuluğu təsərrüfatlarının, meyvə emalı və qablaşdırılması müəssisəsinin, arıçılıq təsərrüfatlarının (o cümlədən, balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisəsinin), çörək, şirniyyat məhsulları, plastik qapı-pəncərə və üzlük daş istehsalı müəssisələrinin yaradılması istiqamətlərində olan investisiya layihələrinə veriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Qeyd edək ki, SKMF iyulun 23-də Daşkəsən rayonunda işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi