“RAHAT” marketlər şəbəkəsinin online satış həyata keçirən saytı fəaliyyətə başlayıb

“RAHAT” marketlər şəbəkəsinin online satış həyata keçirən saytı fəaliyyətə başlayıb Xidmət Bakıda, Abşeronda və Xırdalanda həyata keçirilir
Biznes
25 Fevral , 2016 10:41
“RAHAT” marketlər şəbəkəsinin online satış həyata keçirən saytı fəaliyyətə başlayıb

Bakı. 25 fevral. REPORT.AZ/ “RAHAT” marketlər şəbəkəsinin online satış həyata keçirən RAHATMARKET.AZ saytı fəaliyyətə başlayıb. Artıq "RAHAT" marketlər şəbəkəsinə gələ bilməyən insanların da, rahat-rahat evində və ya iş başında sifariş verməsi mümkündür.

Xidmət vasitəsi ilə 20 manatdan yuxarı bütün sifarişlər, məsafədən asılı olmayaraq pulsuz çatdırılır. Bu xidmət Bakıda, Abşeronda və Xırdalanda həyata keçirilir.

Müştəri yaşadığı yerə və ya istənilən digər ünvana sifarişi verə bilər. Sifariş verildikdən sonra, müştəriyə "RAHAT" marketin müştəri xidmətlərindən zəng olunur və sifarişin təsdiqlənməsi üçün müştərinin yekun cavabı alınır. Sifarişlər 3 saat ərzində çatdırılır. Sifarişin ödənişi müvəqqəti olaraq yalnız qapıda poss terminalla və ya nağd ödənilə bilər. Sifariş çatdırıldıqdan sonra yenidən "RAHAT" marketdən müştəriyə zəng olunur və sifarişin çatması, irad və təkliflər soruşulur.

Bundan başqa bütün müştərilərə "İZ kart" bonus kartı təklif olunur ki, buradan müştəri sifariş etdiyi məbləğin 1%-ni məbləğ olaraq dərhal geri qazanmış olur. Müştəri həmin məbləğlə yenidən alış-veriş etmək və kommunal xərclərini ödəmə imkanı qazanmış olur.

Sifariş zamanı yarana biləcək suallarla bağlı müştərilər saytda göstərilən "Müştəri xidmətləri" bölməsinə yazılı müraciət edə bilərlər.

Rahatmarket.az online satış bazasında olan bütün məhsulların qiyməti "RAHAT" marketlərdə satılan məhsulların qiyməti ilə eynidir.

Xatırladaq ki, “RAHAT” marketlər şəbəkəsi 2009-cu ilin may ayından etibarən fəaliyyət göstərməyə başlayıb. Ötən dövr ərzində “RAHAT” marketlər şəbəkəsi Bakı şəhərinin müxtəlif yerlərində alıcılarına 35 000-dən artıq çeşiddə məhsul təqdim edən daha 15 uğurlu supermarket layihəsinə öz imzasını atmışdır.
“RAHAT” marketlər şəbəkəsinin əsas missiyası millətin sağlam gələcəyini və maddi-mənəvi rifahını şəxsi kommersiya maraqlarından üstün tutaraq irqi, dini, milli mənsubiyyətindən, cinsindən və yaşından asılı olmayaraq, əhalinin istənilən təbəqəsindən olan alıcılar üçün əlçatan bir marketlər zəncirini yaratmaq, ticarətdə milli və insani dəyərlərə önəm vermək və Azərbaycan xalqına halal məhsullar təklif etməkdir.

Buna görə də, “RAHAT” marketlər şəbəkəsi öz əməkdaşlarının maddi və sosial vəziyyətinin, iş şəraitinin yaxşılaşdırılması sahəsində əməli işlər görür, gələcəyə aid planlar hazırlayır və perspektiv vəd edən gənclərə investisiya yatırır.

Son xəbərlər

Orphus sistemi