"Rahat" marketlər şəbəkəsinin 28-ci mağazası açılıb

"Rahat" marketlər şəbəkəsinin 28-ci mağazası açılıb Mağaza Həsən Əliyev küçəsi 12 b ünvanında yerləşir
Biznes
11 Noyabr , 2015 13:52
Rahat marketlər şəbəkəsinin 28-ci mağazası açılıb

Bakı. 11 noyabr. REPORT.AZ/ "Rahat" marketlər şəbəkəsi özünün 28-ci mağazasını açıb.

"Report" xəbər verir ki, Bakı şəhərində artıq 22-ci olan "Rahat" market Nəsimi rayonu ərazisində Həsən Əliyev küçəsi 12 b ünvanında (Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əvvəlki binasının yanı) yerləşir.

Açılış mərasimində çıxış edən ANC GROUP-un direktoru Turan Özbahçeci müştərilərə xeyirli və rahat alış-veriş arzulayıb.

Şirkətin direktor müavini Ruslan Ağayev mağazanın sahəsinin 800 kvadratmetr olduğunu, müştərilərin rahat alış-veriş etməsi üçün hər cür şəraitin yaradıldığını bildirib: "Biz kifayət qədər endirimli kampaniyalar, ucuz qiymətlərlə 28-ci marketimizi müştərilərin xidmətinə veririk. Müxtəlif marketinq siyasətinin üzərində işləməklə çeşidli kampaniyalar həyata keçiririk. Tətbiq etdiyimiz bol endirimli və ucuz qiymətlər kampaniyası bu ay ərzində davam edəcək. Bağlama, birini alana biri hədiyyə, endirimli qiymətlər kampaniyamıza daxildir. Mağazada müştərilərə 38 min çeşiddə məhsul təqdim olunur. Əsasən yerli məhsullar, bundan başqa Türkiyə, Rusiya, MDB dövlətlərindən gətirilən mallar müştərilərin ixtiyarına veriləcək".

Açılış mərasimində, həmçinin bildirilib ki, "Rahat" marketlər şəbəkəsindən alış-veriş edən hər kəsə "İZ kart" təqdim olunur. Müştərilərin etdiyi alış-veriş məbləğinin 1 faizi "İZ kart"a yüklənəcək. Hətta 1 manatlıq alış-veriş müqabilində də bonus ("İZ") qazanmaq mümkündür.

Müştərilər topladıqları bonus ("İZ"lərlə) təkrar alış-veriş edə, kommunal xərclərini ödəyə və hədiyyələr qazana bilərlər. "İZ kart"ın bütün üstünlükləri şəbəkənin partnyorlarında da keçərlidir.

Qeyd edək ki, pərakəndə ticarət bazarında 2009-cu ildən fəaliyyət göstərən "Rahat" marketlər şəbəkəsi ilin sonuna kimi daha bir neçə mağaza açmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi