Mazandaran Ticarət Palatasının rəhbəri: "Biz azərbaycanlı investorlar üçün bütün şəraiti yaratmağa hazırıq"

Mazandaran Ticarət Palatasının rəhbəri: "Biz azərbaycanlı investorlar üçün bütün şəraiti yaratmağa hazırıq" "Biz əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik"
Biznes
14 Aprel , 2015 11:23
Mazandaran Ticarət Palatasının rəhbəri: Biz azərbaycanlı investorlar üçün bütün şəraiti yaratmağa hazırıq

Sari. 14 aprel. REPORT.AZ / "Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq göstəriciləri bizi qane etmir". "Report"un Mazandarana ezam edilən müxbiri bildirir ki, bunu azərbaycanlı jurnalistlərlə görüşdə Mazandaranın Ticarət, Mədənlər, Sənaye və Kənd Təsərrüfatı Palatasının rəhbəri Abdulla Mühacir bildirib.

Palata rəhbəri qeyd edib ki, jurnalistlərin bu cür səfərləri ikitərəfli münasibətlərə müsbət təsir göstərir. O bildirib ki, ölkələr arasında mövcud olan tarixi əlaqələr ikitərəfli əməkdaşlığın potensialının inkişafı üçün zəmin yaradır. 

A.Mühacir vurğulayıb ki, Mazandaranda turizm, kənd təsərrüfatının müxtəlif istiqamətləri və iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək olar: "Biz azərbaycanlı investorlar üçün bütün şəraiti yaratmağa hazırıq. Coğrafi yaxınlıqda olmağımıza baxmayaraq, bizim iqtisadi münasibətlərimiz zəif inkişaf edib. Məsələn, 2014-cü ildə Azərbaycandan idxal 3 650 dollar təşkil edib. Mazandarandan Azərbaycana ixracın həcmi isə 33 mln. dollar olub. Əsasən balıq məhsulları, meyvə, sement ixrac olunub. Bu göstəricilər bizi qane etmir, biz əməkdaşlığımızı inkişaf etdirmək niyyətindəyik".

Son xəbərlər

Orphus sistemi