Bakı. 20 Avqust. REPORT.AZ/ "LUKoil" "Caspian Investments Resources" şirkətinin 50%-nin Çinin "Sinopec" şirkətinə satışı üzrə sövdələşməni başa çatdırıb. Sövdələşmənin məbləği 1,087 milyard dollar təşkil edir.
"Report" xəbər verir ki, bu barədə Rusiya şirkətinin məlumatında bildirilir.
Sövdələşmə Qazaxıstan nizamlayıcısı tərəfindən təsdiq edilib.
Bundan əvvəl Rusiya və Çinin hökumətlərarası komissiyası "Sinopec" və "LUKoil"a Qazaxıstandakı aktivlər üzrə mübahisəni iş məhkəməyə getmədən müstəqil şəkildə həll etməyi tapşırıb.
2015-ci ilin fevral ayında Rusiya şirkəti "Caspian Investment" üzrə sövdələşməni pozduğuna görə, "Sinopec"i məhkəməyə verməyə hazırlaşırdı. Aprel ayında isə "LUKoil" alqı-satqı müqaviləsinin bağlandığını elan etdi. Müqaviləyə əsasən, "Sinopec" Qazaxıstanda karbohidrogen hasilatı üzrə dörd layihədə pay sahibi olan "Caspian Investment Resources" şirkətinin 50%-ni almağa razılaşıb.