​Lənkəranda qanunsuz şirniyyat istehsalı aşkarlanıb

​Lənkəranda qanunsuz şirniyyat istehsalı aşkarlanıb Yoxlama nəticəsində sexdə şirniyyat istehsalı və satışı dayandırılıb, qanunvericiliyə müvafiq tədbirlər görüldüyü deyilir
Biznes
10 Mart , 2015 11:27
​Lənkəranda qanunsuz şirniyyat istehsalı aşkarlanıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən daxil olmuş məlumat əsasında Lənkəran şəhəri, Nizami küçəsində yerləşən Aliyə Mirzə qızı Səmədovaya məxsus gizli və qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərən şirniyyat istehsalı ilə məşğul olan sexdə yoxlama aparılıb. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı məlum olub ki, istehsal olunan şərq şirniyyatı - paxlava, şəkərbura və bulka məmulatları heç bir normativ sənəd, reseptura, gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edilir. Həmçinin,  istehsal zamanı istifadə olunan xammalın açıq və antisanitar şəraitdə saxlanması, mal qonşuluğuna əməl olunmaması, xammalın normativ sənədlərə uyğun olmadan qatılaraq hazırlanması faktları da aşkarlanıb.

Yoxlama nəticəsində sexdə şirniyyat istehsalı və satışı dayandırılıb, qanunvericiliyə müvafiq tədbirlər görüldüyü deyilir.

Son xəbərlər

Orphus sistemi