İqtisadiyyat və Sənaye Nazirliyində yeni şöbə yaradılıb

İqtisadiyyat və Sənaye Nazirliyində yeni şöbə yaradılıb 195-2 Çağrı Mərkəzinin səlahiyyətləri genişdirilib
Biznes
30 Oktyabr , 2015 18:29
İqtisadiyyat və Sənaye Nazirliyində yeni şöbə yaradılıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin strukturunda dəyişiklik edilib, "Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, sahibkarlığın inkişafı siyasəti şöbəsinin maddi-texniki bazası və kadr potensialı gücləndirilib, 195-2 Çağrı Mərkəzinin səlahiyyətləri genişdirilib, Lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi şöbəsi yaradılıb. 

Yeni şöbə sahibkarlara və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə xüsusi razılığın (lisenziya) verilməsi sahəsində xidməti təşkil edəcək.

"Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Fərmanına əsasən, bütün xüsusi razılıqlar (lisenziyalar) İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində veriləcək. Hazırda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən lisenziyaların sayının azaldılmasına və prosedurların sadələşdirilməsinə dair təkliflər hazırlanır.

Eyni zamanda, texniki-təşkilati istiqamətlərdə də işlər davam etdirilir, "ASAN xidmət" mərkəzlərində sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarına treninqlər keçirilir", - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi