"Fitch" Böyük Britaniyanın reytinqini aşağı salıb

"Fitch" Böyük Britaniyanın reytinqini aşağı salıb "Fitch" beynəlxalq reytinq agentliyi Böyük Britaniyanın uzunmüddətli kredit reytinqini aşağı salıb
Biznes
28 İyun , 2016 11:40
Fitch Böyük Britaniyanın reytinqini aşağı salıb

Bakı. 28 iyun. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Böyük Britaniyanın uzunmüddətli kredit reytinqini bir pillə aşağı salıb.

"Report" xəbər verir ki, agentliyin məlumatında kredit reytinqinin "AA+"dən "AA" səviyyəsinə düşdüyü göstərilib.

Buna səbəb kimi isə Böyük Britaniyanda Avropa İttifaqından çıxış üzrə keçirilmiş referendumun nəticələri göstərilib. Belə ki, "Brexit" milli iqtisadiyyata mənfi təsir göstərə bilər.

"Fitch", həmçinin 2016-cı ildə Böyük Britaniyada ÜDM-in artım proqnozunu 1,9 fazidən 1,6 faizədək azaltmağı qərara alıb. Agentliyin hesablamalarına görə, 2017-2018-ci illərdə iqtisadiyyat 0,9% ilə artacaq (əvvəllər 2% artım olacağı gözlənilirdi - red.). "Fitch" bu rəqəmlərin Aİ-yə ixracatın azalmasına təsir göstərə biləcəyini hesab edir.

Son xəbərlər

Orphus sistemi