"Report" xəbər verir ki, bu barədə "The Washington Times" nəşri yazıb.
Qeyd olunur ki, satışa Elvis Preslinin şəxsən hazırladığı "Lisa Marie" və "Hound Dog II" hava gəmiləri çıxarılıb.
Məlumata görə, alıcı bu təyyarələrdə uça bilməz, çünki onlar artıq uçuş üçün yararsızdır. Təyyarələr son 30 ildə Qreyslenddəki Presli muzeyində saxlanılıb.