​Elvis Preslinin təyyarələri 25 milyon dollara hərraca çıxarılıb

​Elvis Preslinin təyyarələri 25 milyon dollara hərraca çıxarılıb Təyyarələr son 30 ildə Qreyslenddəki Presli muzeyində saxlanılıb
Biznes
5 Yanvar , 2015 00:35
​Elvis Preslinin təyyarələri 25 milyon dollara hərraca çıxarılıb
Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ-da rok-n-roll kralı Elvis Preslinin təyyarələri 10-15 milyon dollara hərraca çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə "The Washington Times" nəşri yazıb.

Qeyd olunur ki, satışa Elvis Preslinin şəxsən hazırladığı "Lisa Marie" və "Hound Dog II" hava gəmiləri çıxarılıb.

Məlumata görə, alıcı bu təyyarələrdə uça bilməz, çünki onlar artıq uçuş üçün yararsızdır. Təyyarələr son 30 ildə Qreyslenddəki Presli muzeyində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi