Bakı. 10 fevral. REPORT.AZ/ "Dünya bazarında neftin qiymətinin qısa zamanda əvvəlki vəziyyətdə qalacağını düşünürəm. Hesab edirəm ki, Azərbaycanda iqtisadiyyatın dayanıqlığını daha da gücləndirmək lazımdır".
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən vergi forumunda çıxış edən Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko deyib.
L.Leşçenkonun sözlərinə görə, Azərbaycanda islahatlar davam etməlidir: "Vergilər Nazirliyinin sadələşdirilmiş vergi üçün limiti 120 mindən 200 minə qaldırması müsbət addımdır. Lakin kölgə iqtisadiyyatının payını da nəzərə almaq lazımdır. Məsələn, bəzi rəqəmlərə görə, bu, 32%, digər rəqəmlərə görə isə 50% göstərilir. Təbii ki, sahibkarlar üzərilərinə düşən vergi yükünü azaltmaq üçün müxtəlif üsullara əl atırlar. Vergi sisteminin sadələşdirilməsi isə çox vacibdir".