Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək Forumda 30-a yaxın İran şirkəti iştirak edəcək
Biznes
5 Noyabr , 2015 11:46
Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək

Bakı. 5 noyabr. REPORT.AZ/ Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək. İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir noyabrın 16-da baş tutacaq.

Məlumata görə, forumda neft-kimya, elektrik, tikinti və digər sahələrdə fəaliyyət göstərən 30-a yaxın İran şirkəti iştirak edəcək.

Tədbirdə, həmçinin İranın Gilan vilayətinin valisi və Ənzəli azad iqtisadi zonasının rəhbərliyinin iştirakı gözlənilir.

Bundan əlavə, noyabrın 17-19-da "Iran Project" adlı sərgi keçiriləcək.

Bu tədbirlərin məqsədi İran və Azərbaycan iş adamları arasındakı əlaqələrin gücləndirilməsidir.

Son xəbərlər

Orphus sistemi