​Azərbaycanda istehlakçılara 11% çox məhsul satılıb

​Azərbaycanda istehlakçılara 11% çox məhsul satılıb Qeyri-ərzaq məhsulları üzrə isə illik artım 13% olub
Biznes
13 Yanvar , 2016 15:14
​Azərbaycanda istehlakçılara 11% çox məhsul satılıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə istehlakçılara ümumilikdə 25,7 mlrd. manatlıq və ya 2014-cü illə müqayisədə 10,9% çox məhsul satılıb. “Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 10,1% artaraq 12,871 mlrd. manata, qeyri-ərzaq məhsulları üzrə isə 12,8% artaraq 12,850 mlrd. manata bərabər olub.

Hesabat ilində elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilə nisbətən 1,9 dəfə artaraq 12,8 mln. manat təşkil edib. Elektron ticarət vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,1%-i hüquqi şəxslərdən, 8,9%-i isə fərdi sahibkarlardan alınıb.

Elektron ticarət dövriyyəsinin 96,2%-i qeyri-ərzaq məhsullarının payına düşüb.

Son xəbərlər

Orphus sistemi