​Azərbaycan yeyinti məhsulların idxalını artırıb

​Azərbaycan yeyinti məhsulların idxalını artırıb Bu ilin I rübündə meyvə-tərəvəz idxalı 3 dəfə artıb, şəkər idxalı isə 45% azalıb
Biznes
17 Aprel , 2015 17:03
​Azərbaycan yeyinti məhsulların idxalını artırıb

Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycana yeyinti məhsullarının idxalı illik müqayisədə 19,94% artaraq 2015-ci ilin birinci rübü ərzində 282,0 mln. ABŞ dollarına çatıb. Yeyinti idxalı ölkə üzrə cəmi idxalın 11,61%-ni əhatə edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, meyvə-tərəvəz idxalı 3 dəfəyədək artaraq 21,5 mln. dollar, buğda 69,0% artaraq 117,2 mln. dollar, bitki və heyvan mənşəli piylər və yağlar 12,29% azalaraq 20,2 mln. dollar, şəkər idxalı isə 45,09% azalaraq 24,5 mln. dollar təşkil edib.

Hesabat dövründə ət idxalı 10,12% artaraq 4,8 mln. dollara, süd 6,2% artaraq 1,7 mln. dollara, kərə yağı 48,4% artaraq 7,7 mln. dollara çatıb.

Qeyd edək ki, cari ilin birinci rübündə Azərbaycan 122 ölkə ilə 5,812 mlrd. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,61% azdır. Ticarət dövriyyəsinin 2,429 mlrd. dolları idxal, 3,384 mlrd. dolları ixrac əməliyyatlarının payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 37,07% azalıb, idxal isə 37,66% artıb. Bu müddətdə ölkəyə 4 576 çeşid mal idxal və 950 çeşid mal ixrac olunub.

Son xəbərlər

Orphus sistemi