Azərbaycan və Cənubi Koreya iqtisadi əməkdaşlığı inkişaf etdirmək haqqında razılığa gəlib

Azərbaycan və Cənubi Koreya iqtisadi əməkdaşlığı inkişaf etdirmək haqqında razılığa gəlib Cənubi Koreya Ticarət Nazirliyinin nümayəndə heyəti sentyabr ayında Bakıya səfər edəcək
Biznes
14 İyun , 2016 09:58
Azərbaycan və Cənubi Koreya iqtisadi əməkdaşlığı inkişaf etdirmək haqqında razılığa gəlib

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan və Cənubi Koreya ikitərəfli iqtisadi əməkdaşlığı inkişaf etdirmək haqqında razılığa gəlib.  İnfrastrukturun inkişafı sahəsində əməkdaşlığın inkişafı üzrə iqtisadi danışıqların birinci mərhələsi bu gün Seulda baş tutub. 

"Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Ticarət, Sənaye və İnfrastruktu Nazirliyindən bildiriblər.

Ticarət, Sənaye və İnfrastruktur Nazirliyi öz nümayəndə heyətini sentyabr ayında ikitərəfli əməkdaşlığın inkişafının müzakirəsi üçün Bakıya göndərmək qərarına gəlib.  

Son xəbərlər

Orphus sistemi