​Azərbaycan Ukraynada bioetanol və soya emalına 50 mln. dollar yatıracaq

​Azərbaycan Ukraynada bioetanol və soya emalına 50 mln. dollar yatıracaq Sum vilayətində zavod inşası barədə razılıq əldə olunub
Biznes
16 Yanvar , 2016 08:57
​Azərbaycan Ukraynada bioetanol və soya emalına 50 mln. dollar yatıracaq

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan sərmayədarları Ukraynanın Sum vilayətində soya və bioetanol emalına təqribən 50 milyon dollar vəsait yatırmaq niyyətindədirlər.

"Report" "Delo.UA" nəşrinə istinadən xəbər verir ki, bu barədə Sumı vilayəti dövlət administrasiyasının rəhbəri Nikolay Kloçko məlumat verib.

Onun sözlərinə görə, vilayət rəhbərliyi azərbaycanlı investorlar ilə Romen rayonunda gücü 220-250 min ton və investisiya həcmi 22 milyon dollaradək olan soya zavodunun açılması barədə razılıq əldə edib.

"Bundan əlavə, 2016-cı ildə Belopol rayonu ərazisindəki keçmiş şəkər zavodunda bir nömrəli alternativ yanacaq növləri, xüsusilə bioetanol istehsalı üzrə müəssisənin işə salınması planlaşdırılıb. Bu müəssisəyə 30 milyon dollara yaxın sərmayənin yatırılacağını gözləyirik", - deyə Nikolay Kloçko bildirib.

O qeyd edib ki, bu investisiya layihələri konkret razılaşmalara və fəaliyyətə əsaslanır.

Kloçkonun sözlərinə görə, soya emalı üzrə zavodun işinin birinci mərhələsində 200 nəfər işlə təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi