Azərbaycan sənaye parkının rezidentlərini idxal gömrük rüsumlarından azad edir

Azərbaycan sənaye parkının rezidentlərini idxal gömrük rüsumlarından azad edir Bununla bağlı "Gömrük tarifi haqqında"qanuna dəyişikliklər hazırlanıb
Biznes
18 Aprel , 2016 11:22
Azərbaycan sənaye parkının rezidentlərini idxal gömrük rüsumlarından azad edir

Bakı. 18 aprel. REPORT.AZ/ "Gömrük tarifi haqqında" qanunda dəyişikliklər edilməsi ilə bağlı müvafiq qanun layihəsi Azərbaycan parlamentinin İqtisadi siyasət və sahibkarlıq Komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyyə olunub.

"Report"un verdiyi xəbərə görə, təklif edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad edilir.

Bildirək ki, “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Qaradağ Sənaye Parkının yaradılması haqqında Azərbaycan Prezidentinin 3 iyun 2015-ci il tarixli sərəncamının 4.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb.

Qeyd edək ki, "Sosial sığorta haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində, "Gömrük tarifi haqqında" qanun layihəsində və Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsində də eyni maddə üzrə dəyişiklik ediliklər Komitənin iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi