Azərbaycan İran investorlarının cəlb edilməsində maraqlıdır

Azərbaycan İran investorlarının cəlb edilməsində maraqlıdır Hazırda İranın Azərbaycandakı qaz anbarlarından istifadəsinə dair mövsümi rejim üzrə danışıqlar aparılır
Biznes
21 Aprel , 2016 13:32
Azərbaycan İran investorlarının cəlb edilməsində maraqlıdır

Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb. “Report”a xəbər verir ki, görüşdə dünən Azərbaycanın Astara şəhərində Azərbaycan və İran nümayəndə heyətləri arasında keçirilmiş geniştərkibli görüşün davamı olan tədbirdə iki ölkə arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Görüşdə çıxış edən Ş.Mustafayev 2014-cü ilin aprelindən bəri hər iki ölkə arasında 60-a yaxın qarşılıqlı səfər həyata keçirildiyini, 30-dan çox sənəd imzalandığını, Dövlət Komissiyasının iki iclası və bir sıra görüşlər təşkil olunduğunu və dövlət başçılarının son iki ildə 6, son iki ayda isə 2 görüşü keçirildiyini açıqlayıb. Nazir M.Vaezinin Azərbaycan-İran əlaqələrinin inkişafına verdiyi böyük töhfəyə görə Azərbaycan Prezidenti tərəfindən “Dostluq ordeni” ilə təltif olunması münasibətilə təbrik edib: “Azərbaycan və İran arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, iqtisadi sahədə 40-dan çox olmaqla indiyədək 120 sənəd imzalanıb. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 53% artıb. Hazırda Azərbaycanda 439 İran şirkəti fəaliyyət göstərir. Azərbaycan və İran arasında Dövlətlərarası Komissiya, müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir, birgə biznes forum, işgüzar görüş və sərgilər təşkil olunur. Hazırda qaz anbarlarından istifadəyə dair mövsümi rejim üzrə danışıqlar aparılır. İran vətəndaşlarına Naxçıvanda 10 avroya sərhəddə və hava limanında viza verilir. İran vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi ilə bağlı hazırda işlər aparılır".

Ş.Mustafayev Azərbaycan və İran arasında imzalanana “Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə” və “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında” sazişlərin tezliklə ratifikasiya edilməsinin əhəmiyyətini qeyd edib. Nazir vurğulayıb ki, elektrik enerjisinin satışı üzrə Çərçivə Sazişinin icrası olduqca vacibdir: "Nəqliyyat, kənd təsərrüfatı, sənaye, əczaçılıq, səhiyyə, turizm, ikitərəfli və tranzit yükdaşımalarının artırılması, İranın Şərq-Qərb dəhlizinə qoşulması, Bakı-Astara-Təbriz-Naxçıvan və Naxçıvan-Təbriz-Tehran-Məşhəd dəmir yolu marşrutlarının həyata keçirilməsi, Azərbaycan şirkətlərinin İranın dəmir yollarının elektrikləşdirilməsi layihələrində iştirakı üçün geniş imkanlar mövcuddur. Bundan başqa, Azərbaycanın sənaye parklarına İran investorlarının cəlb edilməsi, birgə avtomobil istehsalı və əczaçılıq sahəsində, aqroparklarda əməkdaşlıq, ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, İran şirkətlərinin Aktau Logistika Mərkəzindən istifadəsi, Yekaterinburqda Azərbaycan-İran-Rusiya birgə logistika mərkəzinin yaradılması və s. sahələrdə də əməkdaşlıq üçün geniş potensial var".

İranlı nazir M.Vaezi isə iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyini, Azərbaycan-İran əlaqələrinin heç zaman bu qədər yüksək səviyyədə olmadığını deyib: "Şimal-Cənub nəqliyyat dəhlizi və bu dəhlizin vacib hissələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsü də Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın, xüsusilə yükdaşımalar, turizm və ticarət əlaqələrinin genişlənməsi baxımdan çox əhəmiyyətlidir. Ölkələrimiz arasında iqtisdaiyyatın müxtəlif sahələrində əməkdaşlıq perspektivləri böyükdür".

Daha sonra “Sumqayıt Kimya Sənaye Parkı” MMC, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azersun Holding” MMC, İranın “Iran Khodro” və “Darou Pakhsh” şirkətləri arasında Azərbaycanda avtomobil və dərman istehsalı sahəsində müştərək layihələrin icrası ilə bağlı 4 memorandum imzalanıb.

Son xəbərlər

Orphus sistemi