Azərbaycan dərman idxalını ƏDV-dən azad edə bilər

Azərbaycan dərman idxalını ƏDV-dən azad edə bilər Nazir müavini: "Bu, qəbul edilsə, büdcədə onu kompensasiya etməyə imkanlar var"
Biznes
10 Fevral , 2016 12:57
Azərbaycan dərman idxalını ƏDV-dən azad edə bilər

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycana idxal edilən dərman vasitələrinin ƏDV-dən azad edilməsi mümkündür. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, bu, Gömrük Komitəsinə aid olan məsələdir: "Bu, yanvarın 1-dən etibarən Dövlət Gömrük Komitəsinin səlahiyyətinə verilib. Hesab edirəm ki, bu, mümkündür və artıq parlamentdə də müzakirələr gedir. Əgər qəbul edilsə, büdcədə onu kompensasiya etməyə imkanımız var".

Son xəbərlər

Orphus sistemi