​ABŞ prezidenti Niksonun evi satışa çıxarılıb

​ABŞ prezidenti Niksonun evi satışa çıxarılıb Mülkün qiyməti 75 milyon dollar təşkil edir
Biznes
12 Aprel , 2015 21:47
​ABŞ prezidenti Niksonun evi satışa çıxarılıb

Bakı. 12 aprel. REPORT.AZ/ ABŞ-ın 37-ci prezidenti Riçard Niksonun 1969-1980-ci illərdə sahib olduğu villa satışa çıxarılıb.

"Report" xəbər verir ki, "La Casa Pacifica" adını alan mülk Kaliforniyanın San-Klemente şəhərində birinci sahil xəttində tikilib.

Daşınmaz əmlak 2,23 hektar sahədə yerləşir. Okean sahilində yerləşən mülkün 140 metri şəxsi çimərlikdir. Böyük tağşəkilli pəncərə okeana açılır, yemək otağı ingilis bağına baxır, küçəyə çıxan pilləkənlər isə Riçard Niksonun sifarişi ilə inşa olunan ofisə aparır.

Evin qiyməti 75 milyon dollar təşkil edir.

Son xəbərlər

Orphus sistemi