Bakı. 30 sentyabr. REPORT.AZ/ ABŞ-ın "Geokinetics International Holdings, Inc." şirkətinin Azərbaycanda filialı açılıb. "Report"un əldə etdiyi məlumata görə, şirkətin filialı Bakı şəhərinin Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşir.
Filialın qanuni təmsilçisi Serbiya vətəndaşı Nikic Zorandır.
Qeyd edək ki, "Geokinetics International Holdings, Inc." şirkəti seysmik məlumatların toplanması xidmətləri göstərir və neft-qaz hasilatı ilə məşğul olan şirkətləri bu məlumatlarla təmin edir. Şirkətin əsas fəaliyyət dairəsi ABŞ, Kanada, Latın Amerikası, Avropa, Afrika, Yaxın və Uzaq Şərqdir.
Şirkət 1997-ci ildə Hyustonda yaradılıb.