Yunanıstanda türk və bolqar pulundan istifadəyə başlanılıb

Yunanıstanda türk və bolqar pulundan istifadəyə başlanılıb Bu, Yunanıstanda yaranan nağd pul qıtlığı ilə bağlıdır
Biznes
10 İyul , 2015 16:19
Yunanıstanda türk və bolqar pulundan istifadəyə başlanılıb

Bakı. 10 iyul. REPORT.AZ/ Yunanıstanda yaşanan nağd pul qıtlığı səbəbi ilə ölkənin bəzi şəhərlərində Türk lirəsi və Bolqarıstan levindəm istifadə edilməyə başlanılıb.

“Report” xarici mediaya istinadən bidirir ki, iyunun 28-dən bağlanan bankların açılması üçün deyilən müddət artdıqca sakinlərin nağd pul problemi get-gedə böyüyür, buna görə də Yunanıstanda bir sıra iş yerləri, böyük marketlər və s. ödəniş vasitəsi kimi daha sabit valyuta hesab olunan lev və lirəni qəbul edirlər.

Qeyd edək ki, Yunanıstan Banklar Birliyi bankomatdan çəkilən pullara limit qoyub (gündəlik - 60 avro), yalnız işsizlik müavinəti alanlar və təqaüdçülər 120 avro limitlə pul nağdlaşdıra bilər. 

Bununla yanaşı, Yunanıstanda şəxsi mülkiyyətdə olan adalar satışa çıxarılmağa başlanılıb. “Online şəxsi adalar” saytında Yunanıstanın turistlər tərəfindən sevilən və şəxsi mülkiyyət olan təxminən 17 adası satışa çıxarılıb, bu rəqəmin 120-yə çatacağı ehtimal olunur. 

Son xəbərlər

Orphus sistemi